Lotus F1 Racing – T127 (video)

Bu gün Lotus komandası öz maşınını Londonda təqdim edib. İdman mətbuatının əksəriyyəti Xeresdə testləri izlədiyindən, keçmişin əfsanəvi komandasının ənənəvi rənglərinə […]

Bu gün Lotus komandası öz maşınını Londonda təqdim edib. İdman mətbuatının əksəriyyəti Xeresdə testləri izlədiyindən, keçmişin əfsanəvi komandasının ənənəvi rənglərinə boyanmış yeni maşın Vestminsterdə Royal Horticultural Hall sərgi salonunda nümayiş olunub. Yeni maşın T127 adını alıb.

Təntənəli mərasimi komandanın başçısı, malayziyalı biznesmen Toni Fernandes açıb…

lotus3
Toni Fernandes: “Mən indi hiss etdiklərimi sözlərlə ifadə edə bilmirəm. Bu çox təəccüblüdür, biz Formula1-də iştirak etmək üçün lisenziya alanda komanda cəmi beş nəfərdən ibarət idi, amma bu gün biz sizə yeni maşınımızı nümayiş etdiririk. Klayv Çəpmən mənə deyəndə ki, nə vaxtsa əfsanəvi Lotus da belə doğulmuşdu, mən lap həyəcanlandım.

Biz bilirik ki, məsuliyyət nə dərəcədə böyükdür, biz bilirik ki, bu əfsanə nəhəng çiyinlər üzərində dayanıb – Klark, Moss, Hill, Mənsell. Biz bilirik ki, indi bizim qarşımızda necə ciddi çağırış durub – amma biz dayanmayacyıq, biz bütün gücümüzü toplayıb, Lotus-a əvvəlki zəfərini qaytaracayıq.”

lotus4
Komandanın texniki direktoru Mayk Qaskoyn bildirib ki, əfsanəvi brendin yenidən qayıtmasının bir hissəsi olması ilə fəxr edir…

Mayk Qaskoyn: “Bütün konstruktorlar komandası, lap elə bütün komanda, bu gün fəxr duyur. Şəxsən mənim üçün bu gün iki səbəbə görə əlamətdardır: birincisi, Lotus adı Formula1-ə qayıdır, ikincisi, mən Norfolkda böyümüşəm və komandanın bazasından beş mil uzaqda olam məktəbə getmişəm.

Mən böyüyən illərdə Lotus yarışlarda və çempionatlarda qalib gəlirdi, ona görə də belə bir komandada işləmək imkanı xüsusi bir məqamdır. Bu həm də çağırışdır – qısa müddət ərzində yeni komanda qurmaq və yeni maşın hazırlamaq.

Bizim fantastik sürücülərimiz var, onlar dizayn qrupuna böyük ümid veriblər. Mən fəxr edirəm ki, bu səhnədə durmuşam və fantastik iş görmüş komandanı təmsil edirəm.”

lotus5
Komanda üçün debüt ilində Lotus T127-nin sükanı arxasında təcrübəli sürücülər oturacaqlar – Yarno Trulli və Heykki Kovalaynen, Fayruz Fauzi isə komandanın ehtiyat və test sürücüsü olacaq…

Yarno Trulli: “Yaxşıdır ki, Lotus maşınları trasa qayıdır – onlar məhz trasda olmalıdırlar. Mənim üçün bu emosional andır, bizim qarşımızda çətin vəzifələr durur, amma biz onları həll etmək və uğur qazanmaq istəyirik. Mən bu çağırışı qəbul etməyə hazıram!”

Heykki Kovalaynen: “Mayk Qaskoyn və Toni Fernandeslə ilk görüşümdə mən soruşdum ki, “siz Bəhreynə qədər maşını hazırlamağa əminsinizmi?” Onlar da məni əmin etdilər ki, hər şey qaydasında olacaq. Komanda həqiqətən fantastik iş görüb və indi biz səbirsizliklə gələn həftə testləri gözləyirik – indi əsas iş başlayacaq.”

Lotus T127 fevralın 17-də Xeresdə debüt edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*