Lotus əlavə test gününə icazə istəyir

Lotus komandası barselona testlərini şassinin problemi üzündən tərk etməli olmuşdu, ona görə də komanda bu gün digər komandalara müraciət ünvanlayaraq […]

Lotus komandası barselona testlərini şassinin problemi üzündən tərk etməli olmuşdu, ona görə də komanda bu gün digər komandalara müraciət ünvanlayaraq gələn həftə əlavə şəxsi test günü keçirməsinə icazə istəyib – buna görə komandaların yekdil razılığı lazımdır.

Bir çox komandalar artıq razılıqlarını veriblər, axı keçən bazar günü Mercedes AMG komandası da eyni icazə ilə Barselonada şəxsi testlər keçirmişdi. Formal olaraq qaydalar pozulmur, komandalar mövsümöncəsi testlərdə 12 gün işləməlidirlər, Lotus 3 test gününü artıq itirib.

Hələlik testlərin keçirilmə tarixi məlum deyil, amma məlumdur ki, komanda martın 1-də mövsüöncəsi testlərin üçüncü seriyasında iştirak edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*