Loran Mekis də Ferrari-ni tərk edəcək?

Biz artıq xəbər vermişdik ki, Frederik Vassyör Ferrari-yə komanda başçısı təyinatından sonra bəzi çətinliklərlə üzləşib və bir neçə komanda üzvünü istefaya göndərib.

F-1.az xəbər verir ki, dəyişikliklərin davam edəcəyi ilə bağlı şayiələr dolaşmaqdadır.

Aerodinamika üzrə baş mütəxəssis David Sançes istefaya göndərilib, keçmiş baş strateq İnyake Rueda komandanın bazasına köçürülüb, texniki direktor Enriko Kardilin müqaviləsi başa çatmaq üzrədir. Şayiələrə görə, idman direktoru Loran Mekis də komandadan ayrıla bilər.

Mekis Mattia Binottonun “sağ əli” idi, lakin Binotto artıq komandada deyil. İtalyanın Corriere dello Sport qəzeri yazıb ki, Vassyör Mekisin FİA-ya transferinə veto qoyub – Stefano Domenikali onu geriyə federasiyaya çağırıb, bundan sonra ona Ferrari-də təklif edilən yeni vəzifələr Loranı əvvəlki səlahiyyətlərinin bir hissəsindən məhrum edib, fransalı mütəxəssi bundan çox narazı qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*