Loran Mekis: Bizim böyük azadlığımız var

Uzun illər Toro Rosso/AlphaTauri gənc pilotların hazırlıq proqramının son mərhələsi və Red Bull-un sınaq meydanı rolunu oynayırdı, lakin yeni rəhbərlik gəldi, növbəti yenidən brendləşmə baş verdi və vəziyyət dəyişdi.

F-1.az xəbər verir ki, komanda rəhbəri Loran Mekis RacingNews365-ə verdiyi müsahibədə Visa RB-nin məqsəd və vəzifələrindən danışıb.

Loran Mekis: “Bu layihənin gözəlliyi ondadır ki, bizim böyük azadlıq səviyyəmiz var və biz bundan istifadə etməyə qərar verdik. Biz bir çox şeyi sınaqdan keçiririk, bəziləri alınır, bəziləri yox. Biz bir çox şeyi dəyişirik, daim özümüzə meydan oxuyuruq. Biz komandanı lazımi səviyyəyə çıxarmağa və bunu mümkün qədər tez etməyə çalışırıq.

Bəzən səhv edirik, bəzən geri addım atırıq, amma şübhəsiz ki, bu, inanılmaz komanda ruhu ilə sürətlə reaksiya verən, sadə və rasional bir mühitdir. Orta müddətli perspektivə yönəlməyimizi itirmədiyimizə əmin olmaq vacibdir, çünki sürətli nəticələr əldə etmək təzyiqi həmişə olacaq.

Çətinliklərdən qaçmaq mümkün deyil, amma məhz belə anlarda özünə və dəyərlərinə sadiq qalmaq lazımdır. Biz ilk çətinliklərdə SOS düyməsini basmaq niyyətində deyilik və öz problemlərimizi özümüz həll etməyə çalışırıq. Şirkət mədəniyyətini bir gündə yaratmaq mümkün deyil, biz buna təcrübəli əməkdaşlarımızla birlikdə doğru gedirik.

Biz əminik ki, məhz bu, ən yaxşı dövrə vaxtını əldə etməyə imkan verəcək, çünki bu, aerodinamika şöbəsinin rəhbərindən, texniki direktordən və ya komanda rəhbərindən asılı deyil. Dövrə vaxtı altı yüz mütəxəssisin işinin nəticəsidir, məhz buna görə də biz əməkdaşlarımıza bu qədər çox sərmayə qoyuruq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*