Loqan Sarcent: F1-də olmaq şansı ömür boyu bir dəfə düşür

Amerikalı gənc sürücü Loqan Sarcent gələn mövsüm Williams ilə Formula1-də debüt edəcək.

F-1.az xəbər verir ki, sürücü debüt mövsümündə konkret nəticələr əldə etmək üçün qarşısına məqsəd qoymur, lakin çempionatda uzun müddət öz yerini tutmaq üçün hər cür səy göstərmək niyyətindədir.

Loqan Sarcent: “Formula1-də debüt edə bildiyim üçün çox xoşbəxtəm. Bu, mənim üçün əsl imtiyazdır. Belə şans ömürdə bir dəfə düşür və indi mənim vəzifəm ondan maksimum yararlanmaqdır.

Debütə mümkün qədər yaxşı hazırlaşmalıyam – həm fiziki, həm də mənəvi cəhətdən, komandanı və hamını yaxşı tanımalıyam. Mənim məqsədim budur. Qalanlarına gəlincə, ümid edirəm ki, nəticə üçün mübarizə aparacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*