F-1.az bildirir ki, Britaniya paytaxtının mərkəzində yarış ideyasından imtina edilib, lakin indi Londonda yeni planlar elan olunub – şəhərin şərqində Doklends bölgəsində stasionar bir tras qurmaq planlaşdırılır.
Hazırda ərazinin özəl investorlarla abadlaşdırılması planları üzərində işlər gedir – layihə 250 milyon funt sterlinq dəyərində qiymətləndirilir və yarış trasının tikintisini nəzərdə tutur. The Times-ın yazdığına görə, layihə London meri Sadik Xan tərəfindən dəstəklənib və Liberty Media ilə artıq ilkin danışıqlar aparılıb. Planlar hazırda ilkin mərhələdədir. DAR və LDN Collective şirkətlərindən olan layihənin müəllifləri yaxın 12 ay ərzində onun nəhayət təsdiqləyəcəklərini gözləyirlər.
LDN Collective-in rəhbəri Maks Farrell deyir: “Bütün təsdiqləri aldıqdan sonra, əlverişli şəraitdə 24 ay ərzində hər şeyi qura bilərik. Hadisələrin ideal inkişafı ilə 2026-cı ilin avqustunda London Qran Prisini keçirmək mümkündür. Əgər hər kəs layihəni dəstəkləsə, biz onu həyata keçirə bilərik”.