London məhkəməsi V.Malyanın ekstradisiyasına icazə verib

Bu gün London məhkəməsi Hindistan dövlətinin tələbinə əsasan Force İndia komandasının keçmiş həmsahibi Vicey Malyanın ekstradisiyasına icazə verib

F-1.az xatırladır ki, biznesmen doğma vətənində müxtəlif iqtisadi cinayətlərdə, o cümlədən, banklara 1.4 milyard dollarlıq kreditlərin qaytarılmamasında günahlandırılır. Aydın məsələdir ki, Malya ittihamlarla razılaşmır.

London dünya hakimi Emma Erbutnot qərara alıb ki, Malyanın Hindistana ekstradisiyası zamanı on qarşı insan haqları pozulmayacaq. O qeyd edib ki, araşdırmalar zamanı müəyyən edilib ki, Hindistanda Malyaya qarşı siyasi ittihamlar da irəli sürülməyib.

London məhkəməsinin ekstradisiya barədə qərarı Britaniyanın daxili işlər nazirinə təqdim olunacaq, nazr isə bu qərarı təsdiq etməlidir. Malyanın vəkillərinin ixtiyarında 14 gün var – bugünkü qərara Londonun Ali Məhkəməsində yenidən baxıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*