Lola komandası keçən həftə FİA-nın dərc etdiyi gələn il dünya çempionatının iştirakçıları siyahısına düşməyib, amma Lola Group-un rəhbərliyi daha ətraflı məlumat əldə edənə kimi şərh verməkdən imtina etmişdi. Nəzəri cəhətdən komandanın hələ çempionata düşmək imkanı var idi, əgər hazırkı komandalardan hər hansı biri gedərsə, amma bu gün elan olunub ki, ərizə geri götürülüb…
Rəsmi bəyanatda deilir: “Bu gün Lola F1 Team Ltd komandası FİA-nı gələn ilin dünya çempionatında iştirak etmək üçün verdiyi ərizəni geri götürdüyü barədə xəbərdar edib.
Bu ərizənin verilməsinə hazırlıq prosesində biz ciddi maliyyə yatırımları etmişdik və FİA bizim çempionat iştirakçıları siyahısına düşəcəyimizə söz vermişdi. Biz FİA-ya bizim ərizəyə belə ciddi yanaşdırları üçün təşəkkür edirik.”