L.Marmorini: “Bütün testləri keçirmək vacibdir”

Dünən Barselona testlərinin ikinci günü Ferrari komandası qazburaxma sistemindəki problemlər üzündən gündəlik proqramı qısaltmalı olub. Skuderiyanın motor və elektronika şöbəsinin […]

Dünən Barselona testlərinin ikinci günü Ferrari komandası qazburaxma sistemindəki problemlər üzündən gündəlik proqramı qısaltmalı olub. Skuderiyanın motor və elektronika şöbəsinin başçısı Luka Marmorini etiraf edib ki, mövsümün ilk yarışına qədər sistemi düzətməyə vaxt çatmaya bilər…

Luka Marmorini: “Qazburaxma sisteminin sıradan çıxması, xüsusən də sistemin birinci hissəsinin, maşının dayanmasına səbəb olur, ona görə də porşen və ya ötürmələr qutusunun sınması kimi təhlükəlidir. Biz narahatıq, ona görə ki, sistemin yoxlanmasına gərək olan vaxt ehtiyatımız yoxdur, amma bu proqramı sona qədər başa vurmalıyıq. Məsələn, dünən səhər biz sistemin trasda hərəkətetmə resursunu müəyyən etməyə çalışdıq, yəni bu sisetmlə biz trasda nə qədər qala bilərik. Düzdür, motor gücə düşür və motorçular narazıdırlar. Hazırda başlıca məqsədimiz Melburna tam hazır olamqdır.

Mən rəqiblərimizin sistemlərini görmüşəm, bəziləri çox maraqlıdırlar və bizdə də müxtəlif variantlar var. Daha effektiv sistem bir maşını digərindən çox sürətli etmir, amma 0.1-0.3 saniyə üstünlük verə bilər. Hazırda biz trasda bir variantı yoxlayırıq, bazada stendə və aerodinamik boruda digər variantları test edirik, sonda ən yaxşısını seçəcəyik.”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*