Liberty Sulayemi Riçardsla əvəz etmək istəyir?

FİA seçkili idarəetməsi olan qeyri-kommersiya təşkilatıdır, burada prezident dörd il müddətinə səsvermə yolu ilə müəyyən edilir və yalnız kobud pozuntular zamanı vəzifəsindən kənarlaşdırıla bilər.

F-1.az xəbər verir ki, Muhamməd Ben Sulayem 2021-ci ilin dekabrından FİA-nın prezidentidir, lakin o, Formula1-in kommersiya sahibi Liberty Media şirkəti ilə ziddiyyətdədir. Əvvəl xırda məsələlərdə mübahisələr, daha sonra əsaslı fikir ayrılıqları haqqında şayiələr gəzirdi, bu yaxınlarda isə sosial şəbəkələrdə Formula1-in mümkün satışı ilə bağlı şərhlərdən sonra FİA prezidenti Formula1-in baş hüquqşünası Saşa Vudvord Hilldən onu səlahiyyətindən kənar hərəkətlərdə ittiham edən sərt məktub alıb.

Bu yaxınlarda Sulayemin şəxsi saytının arxivində aşkarlanan iyirmi il əvvəl söylənilmiş seksist şərhləri kiminsə sayəsində mətbuatda dövriyyəyə buraxılıb və federasiya başçısını ümdafiə etməli olub – köhnə fikirlər Sulayemin cari mövqeyinə uyğun gəlmir.

Almaniyalı jurnalist Ralf Bax isə bu gün yazıb ki, Liberty Media keçmiş Benetton və BAR komandalarının sabiq rəhbəri Devid Riçardsı FİA-nın prezidenti vəzifəsində görmək istəyir, hətta britaniyalının ilkin razılığı da alınıb. Yeganə problem Sulayemin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsidir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*