Liberty şirkəti Andrettiyə imtina edilməsi səbəbindən ABŞ-də araşdırma ilə üzləşəcək

ABŞ Ədliyyə Nazirliyi Andretti Global-ın dünya çempionatında iştirak etmək üçün ərizəsini qəbul etməkdən imtina etdiyi üçün Liberty Media korporasiyasına qarşı araşdırmaya başlayıb.

F-1.az xəbər verir ki, eyni zamanda, amerikan şirkətinin Formula1-də 11-ci komandanın yaradılması üçün ərizəsi artıq FİA səviyyəsində ilkin olaraq təsdiqlənmişdi.

Əslində, Liberty ABŞ antiinhisar qanunvericiliyini pozmaqda ittiham olunur və korporasiyanın rəhbərliyi artıq hakimiyyət orqanları ilə əməkdaşlıq etməyə və Ədliyyə Nazirliyinə bütün lazımi məlumatları təqdim etməyə hazır olduğunu bildirib.

“Ədliyyə Nazirliyi araşdırma aparır və biz bütün məsələlərdə onlarla əməkdaşlıq etmək niyyətindəyik, – deyə Liberty Media-nın icraçı direktoru Qreq Maffey cümə axşamı bildirib. – Biz hesab edirik ki, qərarlarımız ABŞ antiinhisar qanunvericiliyinə tam uyğundur və əvvəlki bəyanatlarımızda Andretti ilə bağlı qərarımızın səbəblərini ətraflı izah etmişik.”

Liberty-nin arqumentləri arasında yeni komandanın kifayət qədər rəqabətqabiliyyətli olacağına və Andretti brendinin Formula1-in kommersiya dəyərinin artırılmasına kömək edə biləcəyinə şübhələr var idi. Təbii ki, Andretti Global-ın sahibi Maykl Andretti bununla razı deyil.

Maffey, həmçinin vurğulayıb ki, Formula1-də yeni komandaların yaradılması alqışlanır, lakin bunun üçün lazımi şərtlər olmalıdır: “Şübhəsiz ki, biz çempionatda iştirakçıların sayının artırılmasına qarşı deyilik. Lakin müəyyən metodika var və bu, FİA və Formula1-in razılığının alınmasını nəzərdə tutur – hər iki tərəf namizədin bütün meyarlara cavab verdiyini təsdiqləməlidir.

Biz yeni komandalardan ərizələrə baxmağa açığıq və əgər onlar bütün tələblərə cavab verirsə, onda ehtimal var ki, onların ərizələri təsdiq edilə bilər.”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*