Liberty Media yeni reqlamenti açıqlayıb

Gözlənildiyi kimi Liberty Media Bəhreyndə 2020-cı ildən sonrası üçün planlarını açıqlayıb.

F-1.az bildirir ki, 10 komandanın rəhbəri, Ross Braun və Çeyz Keri Bəhreyndə 90 dəqiqəlik iclas keçiriblər. İclasda 5 əsas mövzu – gəlirlər, idarəçilik, idman və texniki reqlamentlər, güc qurğuları və xərclər – müzakirə edilib.

Xatırladaq ki, gəlirlərin komandalar arasında yenidən paylanması ilə yanaşı mühərrik istehsalçılarının da əlavə gəlirlə təmin ediləcəyi gözlənilirdi. Liberty sistemin ağır olmasından şikayətlənirdi və məqsəd bunu sadələşdirməkdir.

Liberty Media yeni reqlamentlə birlikdə ötmələri daha da asanlaşdırmaq, eyni zamanda ötmələrdə sürücülərin rolunu artırmaq istəyir. Buna görə də asılqanlar, aerodinamika və mühərriklər təkmilləşdirilməlidirlər.

Oktyabrda xəbər vermişdik ki, Formula1 rəhbərliyi səsi təkmilləşdirmək, ucuz və mürəkkəb olmayan mühərriklərin tərəfdarıdır. Bundan başqa yeni qaydalara əsasən, istehsalçı komandalarla müştəri komandalar eyni gücə sahib olmalıdırlar.

Büdcə limiti ilə bağlı Braun bildirib ki, əsas hədəf pulun daha ağıllı formada xərclənməsidir. Mükafatların paylanması isə əvvəlki kimi keçmiş uğurlarla yanaşı mövcud performansa görə olacaq. Ferrari kimi tarixi komandalar isə əlavə gəlir qazanacaq.

Ross Braun: “Bu iclas məlumatları açıqlamaq və fikirlərimizi bildirmək üçün edildi. Komandalar bunu anlamaq istəyirlər və daha sonra müzakirə edəcəyik. Bəsit bir toplantı idi”.

İclasdan sonra Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene Mercedes-in qonaq otağına gedərək, Toto Volff və Niki Lauda ilə yeni qaydaları müzakirə ediblər…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*