F-1.az xəbər verir ki, tədbirin keçiriləcəyi yer hələ məlum deyil. Lakin çox güman ki, vahid təqdimat mərasimi testlərin təşkil olunacağı Barselonada baş tutacaq. Ehtimal olunur ki, azarkeşlər üçün bu tədbirə giriş sərbəst olacaq.
Xatırladaq ki, son illərdə komandalar maşınlarını ayrı-ayrılıqda təqdim edirdilər. Bəziləri isə virtual təqdimata üstünlük verir, testlərdən əvvəl yeni maşının bir neçə şəklini paylaşmaqla kifayətlənirdilər. Təklif olunan format maşınların rəsmi təqdimatına yeni nəfəs verə bilər.