Səhmdarlar Formula1-in satın alınması ilə əlaqədar C seriyalı səhmlərin buraxılması təklifini də dəstəkləyiblər. Eyni zamanda, qərara alınıb ki, şirkətə məxsus olan Media Group və Liberty Media Common Stock şirkətləri bundan sonra Formula One Group və Liberty Formula One Common Stock adlansınlar.
F-1.az xatırladır ki, keçən ilin sonunda Liberty Media şirkəti sərmayədar qrupunun köməyi ilə çempionatın inkişafına 1.5 milyard dollar cəlb edərək antiinhisar təşkilatları tərəfindən zəruri icazəni almışdı. İndi sadəcə FİA-nın icazəsini almaq lazımdır – axşam bu məsələ ilə bağlı Avtoİdman üzrə Ümumdünya Şurasının növbədənkənar iclası keçiriləcək.
Sövdələşmə bu ilin ilk rübünün sonuna qədər tam başa çatmalıdır…