F-1.az xəbər verir ki, şərhçi və jurnalist Piter Vindzor özünün yutub kanalında bildirib ki, Liberty Media Amerikada məşhur olan çempionatı Formula1-ə dəstək seriyasına çevirmək üçün indiki sahibi Rocer Penskedən satın almaq imkanını araşdırır.
Piter Vindzor: “Liberty Media-nın hazırda düşündüyü və kifayət qədər yaxşı bir fikir olduğu şeylərdən biri İndyCar-ı Amerika F1 dəstək seriyasına çevirmək üçün almaqdır. Bilmirəm, bunu necə edəcəklər – bəlkə də ovallardakı bəzi mərhələlərdən imtina edib daha çox adi traslar əlavə edəcəklər.
Ola bilsin ki, boldilər Formula1-ə daha çox bənzəyəcək, karbon əyləcləri və ya buna bənzər bir çox şey əlavə ediləcək. Yəqin ki, Zek Braunun İndyCar-da olmasının səbəbi də budur, amma dəqiq bilmirəm.
Əslində, İndyCar almaq heç də axmaq fikir deyil. Bu, əslində gözəl qərardır, çünki o zaman İndyCar Formula1-ə çıxa bilməyən çoxlu sayda istedadlı sürücü üçün yeni məkana çevriləcək. Onlar Amerika seriyalarında maşın sürə biləcəklər. Məncə, məntiqlidir”.