Liberty Media həftəsonu formatını dəyişmək istəyir?

Formula1-in xeyli hissəsini alan Liberty Media şirkəti idmanın daha maraqlı olması üçün indidən çalışmalara başlayıb.

F-1.az Britaniya məbuatına istinadən bildirir ki, Liberty Media hazırda üç gün davam edən yarış həftəsonunu iki günə endirməyi planlaşdırır. İddialara görə, cümə günləri heç bir seans olmayacaq, həftəsonu şənbə və bazar günlərindən ibarət olacaq. Şirkətin digər hədəfinin şənbə günü başqa yarış da keçirərək insanların diqqətini çəkmək olduğu bildirilir.

Adı çəkilməyən, lakin Formula1-lə əlaqəli olan bir nəfər bu barədə danışıb: “Hər şey mümkündür, yarış həftəsonunda müxtəlif şeylər edilə bilər. İki yarış günü məntiqli ola bilər. Lakin traslarla indiki müqavilələrə görə, həftəsonu üç gün davam etməlidir. Belə bir plan varsa, ilk növbədə bu yoluna qoyulmalıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*