F-1.az xəbər verir ki, 2016-cı ilin ortasından, Liberty Media idmanı satın aldıqdan sonra Formula1 Qrupunun (FWONK) səhmlərinin dəyəri 21 dollardan 74,39 dollara, Formula1-in hazırkı bazar dəyəri isə 28 milyard dollara yüksəlib.
Liberty Media-nın icraçı direktoru Qreq Maffey şirkətin belə bir qiymətli aktivdən imtina etmək niyyətində olmadığını söyləyib.
Qreq Maffey: “Birjadakı vəziyyəti nəzərə alsaq, qısa müddətdə nəyisə satmağa qərar verməyimizin ehtimalı çox azdır. Bu, bizə mənfi təsir göstərəcək və səhmdarlarımıza fayda gətirməyəcək.
Maraqlıdır ki, belə şərhlərə rast gəldim ki, biz hətta qiyməti müzakirə etmişik, amma əslində bu görüşlər heç vaxt olmayıb”.