Liberty Media Ekklstounu niyə istəmir?

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, Liberty Media onun yarışlara gəlməsini istəmir.

F-1.az xatırladır ki, Liberty Media yanvar ayında Formula1-i satın almış və Berni Ekklstounu vəzifədən uzaqlaşdıraraq, yerinə Çeyz Keri, Ross Braun və Şon Bratçesi gətirmişdi.

Berni Ekklstoun: “Çeyz ofisdəki qızlardan birinə mənə çatdırsınlar deyə mesaj göndərib. Trasdakı ofislərdə çox otaq olmadığını və ancaq onlara bəs etdiyini deyiblər. Bu da o deməkdir ki, məni yarışlarda görmək istəmirlər. Amma bunu birbaşa üzümə desələr, daha yaxşı olardı. Vəzifəyə gəldikdən sonra elə də böyük addımlar atmayıblar. Demişdilər ki, az danışıb çox iş görəcəklər. Hazırda elə danışmaqla məşğuldurlar. Mən daha yaxşısını edərdim. Hamının ideyaları var, amma bunları reallaşdırmaq lazımdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*