Liberty Media cümə sərbəst yürüşlərini ləğv edə bilər

ABŞ Qran Prisi günlərində Liberty Media şirkətinin rəhbərliyi sərmayədarlarla görüş keçirmişdi.

F-1.az bildirir ki, görüşdə F1-in idman direktoru Ross Braun maraqlı təklif irəli sürüb – həftəsonunun proqramından cümə sərbəst yürüşlərini ləğv etməklə mövsümdə daha çox yarış keçirmək…

Ross Braun: “Təqvimə nə qədər çox yarış əlavə etsək, komandaların bir o qədər logistika problemləri üzə çıxacaq. Bizim əsas məsələlərdən biri həftəsonunun formatını təhlil etmək və aydınlaşdırmaqdır ki, əgər cümə sərbəst yürüşlərini ləğv etsək, komandaların logistik problemlərini azaltmaqla onları mövsümdə daha çox yarışlara cəlb edə bilərikmi? Əgər bunu edə bilsək, bizim gələcək inkişaf istiqamətimiz müəyyən olunacaq.

Şəxsən mən hesab edirəm ki, bazar günü keçirilən yarış əvvəlki kimi əsas rol oynayır. Biz bunu dəyişmək istəmirik, amma bizə cümə məşqləri lazımdırmı? Əgər lazım deyilsə, onda biz mövsümdə daha çox yarış keçirə bilərik. Amma cümə məşqləri promouterlər və televiziya şirkətləri üçün vacibdir. Ona görə də düzgün qərar qəbul etməliyik…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*