Liberty Media çempionata 1.5 milyard dollar cəlb edib

F-1.az xəbər vermişdi ki, yanvar ayında Liberty Media və Formula1-in səhmlərinin sahiblərindən olan CVC Capital Partners sərmayə şirkəti arasında səhmlərin alqı-satqısı barədə danışıqlar aparılacaq.

Lakin belə görünür ki, gələn ay baş tutacaq yığıncaq formal xarakter daşıyacaq. Liberty Media 1.5 milyard dollarlıq vəsait yatırdığını rəsmən elan edib. Onlar buna Coatue Management LLC, D. E. Shaw  Jana Partners şirkətlərini cəlb etməklə nail olublar. Səhmlərin hər biri Liberty Media-ya 25 dollara başa gələcək.

Çeyz Keri: “Bu, Liberty Media-nın Formula1-i alması prossesindəki ciddi bir addımdır və idmanın gələcəyinin parlaq olacağına bir işarədir”.

Qreq Maffey, Liberty Media-nın rəhbəri: “Belə vacib sərmayə şirkətlərinin Formula1-in alınması prossesinə qoşulmaları bizi həyəcanlandırır”.

Qeyd edək ki, Liberty Media sentyabrda səhmlərin 18.7%-ni almışdı və bu sövdələşmə onlara 746 milyon dollara başa gəlmişdi.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*