L.Həmiltonun menecmentində dəyişiklik var

Yeni mövsümün startı ərəfəsində Lyuis Həmiltonun karyerası ilə məşğul olan komandada dəyişiklik olub: sürücü Didye Kotonla ayrılıb və Tom Şaynı […]

Yeni mövsümün startı ərəfəsində Lyuis Həmiltonun karyerası ilə məşğul olan komandada dəyişiklik olub: sürücü Didye Kotonla ayrılıb və Tom Şaynı dəvət edib, amma əvvəlki kimi əsas meneceri Saymon Fuller qalacaq.

Mikki Hakkinenin keçmiş meneceri Kotonu keçən il Fuller dəvət eləmişdi, amma belçikalı mütəxəssis Həmiltonla cəmi bir mövsüm işləyib. İndi onu XIX Entertainment korporasiyasından Tom Şayn əvəz edəcək. Londonda dərc olunan The Daily Mirror qəzeti Mercedes AMG komandasının sürücünə yaxın olan mənbəyə istinadən bildirib ki, “Tom çox təcrübəli peşəkradır, amma Fuller baş rolu oynayacaq. Bu Lyuisin qərarı idi, çünki Didyenin birillik müqaviləsi var idi.”

Qəzet Həmiltondan daha bir xəbər yayıb: sürücü özünə 25 milyon funt sterlinqə yeni Bombardier şəxsi təyyarəsi alıb…

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*