L.Həmilton: “Yarış çox ağır oldu!”

Lyuis Həmilton Sinqapurda mövsümdə ikinci qələbəsini qazanıb: britaniyalı sürücü pouldan start alıb və inamlı qələbə qazanıb. Yarışın gedişində o əvvəl […]

Lyuis Həmilton Sinqapurda mövsümdə ikinci qələbəsini qazanıb: britaniyalı sürücü pouldan start alıb və inamlı qələbə qazanıb. Yarışın gedişində o əvvəl Niko Rosberqin, daha sonra Sebastyan Fettelin hücumlarını dəf etməli olub, finişdə isə Timo Qloku 10 saniyə qabaqlayıb…

Lyuis Həmilton: “Sözsüz ki, yarış çox ağır oldu. Bütün yarış məsafəsini diqqətli olmuşam. Amma tras fantastikdir və yerli azarkeşlər bizi yaxşı qəbul etdilər.

Mən Sinqapura gələndə yaxşı nəticəyə ümid edirdim, Monsadakı uğursuzluğun əvəzini çıxmalı idim, mən buna nail ola bildim, ona görə də razı qaldım!

Amma hamının adından deyə bilərəm ki, yarışmaq asan deyildi. Hərçənd, mənim üçün elə də şətin deyildi. Mən yaxşı start aldım, rəqiblərimdən uzaqlaşdım, bilirdim ki, onlar hamısı məndən əvvəl pitə gedəcəklər. Amma pressinq ciddi idi. Mən başa düşürdüm ki, onlardan beş dövrə çox gedə bilərəm, ona görə də təkərlərin vəziyyətini nəzarətdə saxlayırdım.

Komanda mənə xəbər verdi ki, KERS-in işində problemlər ola bilər, amma heç bir problem olmadı. Mən sadəcə sistemi söndürüb yenidən yandırdım.

Qarşıda bizi Yaponiya yarışı gözləyir, mən Suzukada heç olmamışam, amma eşitmişəm ki, Monakodan sonra ən yaxşı trasdır. Mən uşaqlıqda televizorda orda keçən yarışları izləyirdim və bu avtodromda çıxış etməyi arzulayırdım.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*