L.Həmilton sevgilisini X Factor layihəsinə buraxmaq istəmir

Lyuis Həmilton sevgilisi Nikol Şerzingerdən uzun müddət ayrı qalmasından ehtiyatlanır – Nikol sentyabr ayında çəkilişləri başlayacaq Britaniyanın məşhur X Factor […]

ham-10a
Lyuis Həmilton sevgilisi Nikol Şerzingerdən uzun müddət ayrı qalmasından ehtiyatlanır – Nikol sentyabr ayında çəkilişləri başlayacaq Britaniyanın məşhur X Factor musiqili şousunda iştirakına icazə verərsə, Lyuisi mövsümün sonunda səfər yarışlarında müşaiyət edə bilməyəcək.

Keçən ay The Pussycat Dolls qrupunun keçmiş üzvü bildirmişdi ki, şouya hakim kimi qayıda bilər, amma bunun üçün müqavilənin dəyərini iki dəfə artırmağı tələb etmişdi. Prodüserlər güzəştə gediblər və 1.5 milyon funt dəyərində müqavilə hazırlayıblar, amma Nikol hesab edir ki, layihədə iştirakı onun solo karyerasına mane ola bilər: noyabr ayında müğənni yeni albomunu buraxmağı planlaşdırır və deməli, X Factor layihəsində iştirakını albomunun reklamı ilə uzlaşdırmalıdır.

Nikolun yaxın rəfiqələrindən biri bildirib ki, “Nikol dünya səviyyəli ulduzdur, Nikol öz albomunu reklam etməlidir, ona görə də X Factor şousunun böyük bir hissəsini buraxmalı olacaq. Bəzi hakimlərin bununla bağlı problemləri yoxdur, amma Nikol belələrindən deyil – o, işə tam bağlanır…”

Şouda iştirak etməsinə ikinci maneə isə müğənninin Lyuis Həmiltondan məcburi ayrılığı ola bilər. Hərçənd, britaniyalı sürücü payızda sevgilisi ilə az görüşməyə hazırdır.

Cütlüyü yaxşı tanıyan biri bildirib ki, “Nikol və Lyuis bir-birinin karyeralarına hörmət edirlər və imkan daxilində bir yerdə vaxt keçirməyə çalışırlar. Amma mövsümün sonunda yarışlar Avropadan kənarda olur, ona görə də cütlük onsuz da az görüşür. Lyuis Nikolun layihədən imtina etməsini istəyir, çünki hesab edir ki, Nikolun layihədə iştirakı onların görüşlərini minimuma endirə bilər. Həmilton sevgilisinə belə bir qadağa qoymazdı, amma bilir ki, Nikolun da şouda iştirak etməsə elə də həvəsi yoxdur. Nikolun özünü də bu problem narahat edir.”

The Mirror daha bir naməlum mənbəyə istinadən bildirir ki, “Lyuis Nikolun karyerasını dəstəkləyir, o hesab edir ki, Nikol X Factor-a qayıtmağı qərara alsa, onda Lyuisin başı yarışlara qatışdığı bir vaxtda özünə məşğuliyyət tapacaq…”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*