L.Həmilton: “Melburnda 3-cü yerə çox şad olaram”

Lyuis Həmilton artıq Avstraliyadadır və yerli mətbuata bildirdiyinə görə, Mercedes AMG komandasında keçməsinə heç də təəssüflənmir, əksinə, qarşıdakı mövsümə daha […]

Lyuis Həmilton artıq Avstraliyadadır və yerli mətbuata bildirdiyinə görə, Mercedes AMG komandasında keçməsinə heç də təəssüflənmir, əksinə, qarşıdakı mövsümə daha intensiv hazırlaşıb və indi ən yaxşı formasını əldə edib…

Lyuis Həmilton: “Mən həqiqətən hiss edirəm ki, bu günə qədər çox şey öyrənmişəm, xüsusən də keçən il. Keçən mövsüm pis olmadı, mən səhvlərdən çox şey öyrəndim və peşəkar planda çox böyümüşəm.

Mercedes AMG komandasında son iki ayda mən yeni mühəndislərlə tanış olmuşam, yeni komandaya öyrəşmişəm və başa düşdüm ki, hələ çox şey öyrənməliyəm. Amma trasda işə gəlincə, mən özümü çox inamlı hiss edirəm və ümid edirəm ki, aldığım bütün dərslər sayəsində yeni mövsümə daha yaxşı hazıram.

Sözsüz ki, uğur qazanmaq üçün rəqabətədavamlı maşın olmalıdır, amma mənə elə gəlir ki, burda mənim əhəmiyyətli töhfəm ola bilər. Mercedes AMG iş tam fərqli qurulub. Əvvəl bu komandada başqa sürücü çıxışe dirdi və onun tələbləri də fərqli idi. Onun işə yanaşması mənimkindən fərqlidir: mən heç təsəvvür eləmirdim ki, mənə belə şərait təşkil oluna bilər, hər bir iş barədə mənə təfərrüatlı məlumat verilir, ona görə də indi mən hər şeyi məmnuniyyətlə öyrənirəm.”

Qarşıdakı mövsümə vəzifələrinə gəlincə, Lyuis qeyd edib ki, bu ili keçid ili kimi qiymətləndirir, amma əgər 2013-cü ildə qələbə qazana bilərsə, mövsümdən çox razı qalacaq: Biz həmişə qələbələrə can atırıq, bu bizim məqsədimizdir, amma realist qalmaq lazımdır, mən bizim builki imkanlarımızı düzgün qiymətləndirirəm.

Mən demək istəmirəm ki, biz çempionatda mübarizə aparmaq istəmirik – komandanın hər bir əməkdaşı gecə-gündüz qələbə üçün çalışır, komanda istəyir ki, bu il biz uğur qazanaq və mən də bunu istəyirəm.

Amma, məncə, hər şeyi tədricən eləmək lazımdır. Məqsədə çatmaq üçün vaxt lazımdır, ona görə də biz 2013-cü ildə bünövrə qoymaq istəyirik və əgər gələn il qələbə qazana bilsək, çox yaxşı olacaq. Əgər builki çempionatın hər hansı bir mərhələsində qələbə uğrunda mübarizə aparmaq imkanı olarsa, bu, bizim üçün bonus olacaq, axı komanda keçən il Mühəndislər Kubokunda 5-ci olub. Əlbəttə, Niko Rosberqlə birlikdə biz Mercedes AMG-yə qələbə qazandırmağa çalışacayıq.”

Jurnalistlər Lyuisdən soruşublar ki, əgər mövsümün gedişində çempionatda qələbə uğrunda mübarizədə onun komanda yoldaşı iştirak edərsə, trasda nə edəcək, Lyuis bildirib ki, “Hər bir sürücü müəyyən qurbanlar verməli olur və məncə, komanda yoldaşları arasında başlıcası qarşılıqlı hörmətdir. Nə qədər ki, biz bir-birimizə hörmət edəcəyik, hər şey normal olacaq.

Mənim yadımdadır ki, lap çodan biz Niko ilə bir komandada çıxış edirdik, 1997-ci ildə Hokkenhaymda Ron Dennis bizi çağırıb soruşdu: “Siz nə vaxt böyüyəcəksiniz? Nə vaxt trasda bir-birinizə hörmət edəcəksiniz? Çalışın ki, həm dost olasınız, həm də komanda yoldaşı.”

Həmin il biz bunu bacardıq və mən indi bunu təkrar etməyə mane ola biləcək hər hansı bir səbəb görmürəm. Əminəm ki, bizim mübarizəmi sıx olacaq və mən ümid edirəm ki, güclü olan qalib gələcək. Sözsüz ki, hansısa məqamda Niko məndə üstün olacaq, hansısa yarışda mən irəlidə olacam və ya əksinə – avtoidmanın mənası elə budur.”

Qarşıdakı Avstraliya Qran Prisinə gəlincə, Lyui bildirib ki, keçən ilin ilk yarışında olduğu kimi podiuma qalxmaq istəyir: “Əlbəttə, indi mən Melburnda üçüncü yerə görə çox şad olardım. Bütün komanda üçün bu nəticə müsbət əhval və çempionatın əla başlanğıcı olardı…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*