Pouldan start almış Lyuis Həmilton finiş xəttini ikinci keçdikdən sonra etiraf edib ki, komandanın səhvi üzündən qələbəni əldən verib, amma qeyd edib ki, ikinci pit-stop zamanı baş vermiş bu səhvə McLaren nadir hallarda yol verir…
Lyuis Həmilton: “McLaren-də biz bir yerdə qələbə qazanırıq və bir yerdə də uduzuruq. Bütün komanda formanı qaytarmaq üçün ciddi işləyib və demək olmaz ki, ikinci yer pis nəticədir. Bəli, biz məyus olduq ki, qələbəni əldən verdik, çünki son iki yarışda əla sürət nümayiş etdirirdik. Amma belə şeylər olur. Mən bu komandada artıq çox yarış keçirmişəm və belə şeylər nadir hallarda olur: bəlkə yadıma gələn ikinci haldır. Buna baxmayaraq, biz çempionatda hücuma davam edəcəyik.
Biz liderlərə çatmalıyıq: adətən onlar bizdən sürətlidirlər, amma indi biz də sürətliyik. Yarışın birinci hissəsində mən hər şeyə nəzarət edirdim, ilk pitdən sonra təkərlərlə problemlər başladı və Rubensin təzyiqini saxlamaq çətinləşdi, xüsusən də sürətli döngələrdə o mənə asanlıqla çatırdı. Amma mən hücumu davam etdirirdim və son hissədə Soft təkərlərlə Barrikellodan sürətli idim…”