Melburnda Lyuis Həmilton yarışın ilk dövrələrində mühərrik problemləri üzündən mübarizəni dayandırmalı olmuşdu – sonradan mexaniklər müəyyən etmişdilər ki, altı silindrdən biri işləmirmiş. Amma sabah sərbəst yürüşlərdə britaniyalı sürücü elə həmin motordan istifadə edəcək.
Bu il mövsümün gedişində hər bir sürücü cəmi beş güc qurğusundan istifadə edə bilər, hər bir növbəti əvəzləmə isə startda yer itirməklə cərimələnir. Adətən sərbəst yürüşlərdə sürücülər əvvəlki motorların resurslarını “öldürürlər”, amma Həmiltonun maşınında motor demək olar ki, yarış məsafəsini qət etməyib və əgər bu motor bir kənara qoyularsa, mövsümün sonuna qədər yerdə qalan motorların çatmaması ehtimalı yüksək olardı.
Lyuis Həmilton: “Mənə dedilər ki, biz sabah elə həmin motorla işə başlayacayıq – ən azı sərbəst yürüşlərdə yoxlayacayıq, amma hələ bilmirəm ki, həftəsonunu bu motorla bitirəcəm yoxsa yeni motora keçəcəm. Əgər nasazlıq üzə çıxarsa, biz sıralanma turundan əvvəl onu dəyişəcəyik – mühəndislər toplanmış məlumatları təhlil edəcəklər. Bu həftəsonu yüksək temperaur və rütubət üzündən güc qurğularının etibarlılıq faktoru həlledici olacaq – hava çox istidir”.