L.Həmilton əmin idi ki, C.Batton onu keçməyəcək

Türkiyə Qran Prisində əsas komandadaxili qarşıdurma Mark Uebber və Sebastyan Fettelin mübarizəsi olmuşdu, amma McLaren-in sürücüləri də İstanbul Parkdakı mübarizəni […]

Türkiyə Qran Prisində əsas komandadaxili qarşıdurma Mark Uebber və Sebastyan Fettelin mübarizəsi olmuşdu, amma McLaren-in sürücüləri də İstanbul Parkdakı mübarizəni zənginləşdirmişdilər. Lyuis Həmilton və Censon Batton toqquşmasalar da, beş döngə ərzində gərgin mübarizə aparıblar və iki dəfə yerlərini dəyişiblər.

Sonradan məlum olub, 2008-ci ilin dünya çempionu gözləmirmiş ki, onun komanda yoldaşı hücuma keçəcək. Lyuis radio ilə komandaya müraciət edib: “Uşaqlar, Censon mənə yaxınlaşır. Əgər mən sürətimi azaltsam (yanacağa qənaət etmək üçün), o mənə hücum edəcək ya yox?”

Onun yarış mühəndisi Əndi Latem cavab verib: “Yox, Lyuis, yox.” Amma sonradan məlum olub ki, McLaren-də sürücülərlə mühəndislər arasında məlumat mübadiləsi heç də Red Bull-da olduğundan yaxşı deyil.

Censon finişdən sonra bildirib: “Mənə heç kim hansı dövrədə sürətimi azaltmağı deməmişdi, sadəcə komanda xahiş etdi ki, yanacağa qənaət edim, sürəti azca azaldım.”

Lyuis başqa fikridədir: “Komanda mənə dövrəni hansı nəticə ilə keçməyi məsləhət gördü, yanacq qurtara bilərdi, mən sürətimi azaldan kimi Censon mənim quyruğuma oturdu. Həmin an mən heç nə edə bilməzdim.”

Yekunda, məlum olduğu ki, Həmilton liderliyi itirib, amma tezliklə əks-hücuma keçərək mövqeyini geri qaytarıb və yarışda qələbə qazanıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*