L.Həmilton əmək haqqının artırılmasına ümid edir

Biz xəbər vermişdik ki, Lyuis Həmilton hələ də Mercedes AMG komandası ilə yeni müqavilə imzalamaıb – bunun əsas səbəbi isə […]

Biz xəbər vermişdik ki, Lyuis Həmilton hələ də Mercedes AMG komandası ilə yeni müqavilə imzalamaıb – bunun əsas səbəbi isə britaniyalı ikiqat dünya çempionunun daha yüksək əmək haqqı tələb etməsidir. Lyuisin müqaviləsinin müddəti 2015-ci ilin sonunda başa çatır – danışıqlar üçün hələ kifayət qədər vaxt var.

Amma Daily Star bu gün bildirib ki, Lyuis illik tələb etdiyi 30 milyon funtdan 25 milyon funta razılaşmağa hazırdır – təxminən 39 milyon dollar, bu məbləğə sürücünün şəxsi sponsor müqavilələrindən daxil olan gəlirlər aid deyil.

F-1.az bir daha xatırladır ki, Həmilton hazırda Formula1-in ən bahalı sürücüsüdür. Arxada qoyduğumuz mövsümdə sürücünün gəliri 32 milyon dollar olub – 29 milyon dollar əmək haqqı və müxtəlif mükafatlar, 3 milyon dollar isə sponsor müqavilələri.

Hərçənd, Formula1 sürücüləri dünyanın ən bahalı idmançılarına hələ də uduzurlar – Forbes-ın bildirdiyinə görə, bu göstərici üzrə ilk üçlüyü amerikalı boksçu Floyd Meyvezer (105 milyon dollar), portuqaliyalı futbolçu Kriştianu Ronaldu (80 milyon dollar) və amerikalı basketbolçu Lebron Ceyms (72 milyon dollar) təşkil edirlər…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*