Sıralanma turunun sonunda Lyuis Həmilton poul qazandığı sürətli dövrəsini başa vurduqdan sonra maşınını trasda saxlamışdı – Qran Prinin stardları tərəfindən bu insidentin araşdırılması axşama qədər təxirə salınmışdı.
Stüardlar bütün dəstək yarışlarının başa çatmasını gözləyiblər ki, rahat şəraitdə vəziyyəti araşdırsınlar, komanda arqumentlər hazırlayıb və maşının saxlanılmasını texniki nasazlıqla əlaqələndirib.
2010-cu ilin Kanada Qran Pisinin sıralanma turundan sonra da eyni insindetn baş vermişdi, o zaman da Lyuis Həmilton sürətli dövrəsindən sonra dayanmışdı. Ona görə də o vaxt FİA reqlamentə belə bir bənd əlavə etdi ki, sürücünün maşınında boksa qayıtmağa qədər və hələ FİA-ya nümunə üçün verməyə bir litr yanacaq olmalıdır.
Gərgin keçən araşdırmalardan sonra stüardlar çox sərt qərar qəbul ediblər – Həmilton nəinki sessiyanın, sıralanma turunun protokollarından çıxarılıb və sabah yarışa sonuncu yerdən başlayacaq.
Sabah yarışa pouldan Pastor Maldonado başlayacaq – 2010-cu ilin Braziliya Qran Prisindən sonra birinci dəfə Williams pouldan start alacaq…