Startda doqquzuncu yer bu mövsümdə Lyuis Həmiltonun ən yaxşı nəticəsidir. Yeni McLaren maşını qış testlərindən yavaş görünürdü və mövsümün ilk yarışlarında rəqiblərinə uduzurdu, amma komanda rəqiblərdən geriqalmanı aradan qaldırmaq üçün əlindən gələni edir. BBC telekanalına müsahibəsində dünya çempionu əldə olunmuş inkişafdan danışıb…
Lyuis Həmilton: “Komanda qarşısına məqsəd qoyub – irəliyə addım-addım irəliləmək. Sıralanma turunun son sessiyasına qayıtmaq xoşdur, mən bizim uşaqlra aminnətdarlıq edirəm, onlar fantastik işlər görürlər – biz tədricən geriqalmanı azaldırıq və nətcələr göz qabağındadır. Hər bir yenilik sürətimizi bir qədər artırır, amma biz hələ çox işləməliyik.”