Leo Turrini: Ferrari güc qurğusuna əmindir

Yanvar ayının ortalarında Ferrari-nin işləri haqqında yaxşı məlumatlı olan italyan jurnalist Leo Turrini Skuderiyanın yeni avtomobildə bəzi problemlərin yaşandığını, simulyator və aerodinamik boruda əldə edilən nəticələrin mühəndisləri razı salmadığını yazmışdı.

F-1.az bildirir ki, bu dəfə Turrininin sosial şəbəkələrdə yazdığına görə, Maranello yeni avtomobilin problemlərini qismən də olsa, aradan qaldıra bilib.

Leo Turrini: “Bildiyiniz kimi, fevralın 11-də yeni Ferrari-nin təqdimatı Reccio Emiliya şəhərciyinin Romolo Valli Teatrında baş tutacaq. Ümid edirəm ki, təqdimat zamanı biz bir çox suallara cavab alacağıq.

Maranello əmindir ki, güc qurğusunun səmərəliliyi ilə bağlı heç bir problem yoxdur. Mattia Binotto əmindir ki, yeni mühərrik güc baxımından ən azı Mercedes və Honda-dan geri qalmır. Aerodinamikaya gəlincə, ötən həftə komanda ümidverici nəticələr əldə edib. İdeal vəziyyətə hələ var, amma vaxt da hələ var. Komanda çalışır ki, yeni bolid sadə olsun və trasın vəziyyətindəki dəyişikliklər onun sürətinə təsir etməsin.

Sürücülər də proqnozlarında ehtiyatlıdırlar. Sebastyan Fettel və Şarl Lekler arasındakı münasibət 2019-cu ildə baş verən bütün hadisələrdən sonra düşündüyünüz qədər gərgin deyil. Ancaq aralarındakı alov sönmək üzrədir…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*