Ləns Stroll Leklerə pivə qonaqlığı söz verib

Avstraliya Qran Prisindən sonra Ləns Stroll zarafatla deyib ki, Şarl yarışın başlamasından dərhal sonra mübarizədən kənar qalmasına səbəb olan ilk dövrə toqquşmasında onu günahlandırmadığına görə təşəkkür olaraq Leklerkə pivə qonaqlığı təklif etməlidir.

F-1.az xatırladır ki, Lekler 3-cü döngədə kanadalını qabaqlamağa çalışıb, lakin onun Ferrari-si ilə Aston Martin arasında təmas yaşanıb, bundan sonra qırmızı maşın trasdan çıxıb və çınqıl tələsinə düşüb. Bununla belə, Şarl bu epizodu şərh edərək, bunun yarış hadisəsi olduğu üçün Lənsi günahlandırmağa meyilli olmadığını söyləyib.

Bu barədə Strolla deyəndə kanadalı sürücü təəccüblənib: “Oh, ondan eşitmək xoşdur! Mən ona pivə almalıyam! Amma bu, həqiqətən də yarış hadisəsi idi. Tras dardır və 3-cü döngəyə qədər mən onunla Fernando Alonso arasında qalaraq yavaşladım. Mən heç yerə dönmədim, amma özümü iki avtomobil arasında sıxılmış hiss etdim, bundan sonra təmas yaşandı. Şarlın bəxti gətirmədi və xoşbəxtlikdən avtomobilimə ziyan dəymədi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*