F-1.az xatırladır ki, Ferrari sürücüsü dostları və məşqçisi ilə yerli restoranlardan birində nahar edərkən bir neçə nəfər onu tanıyıb və şəkil çəkdirmək xahişi ilə yaxınlaşıb. Onlardan biri saatı sürücünün qolundan götürməyə imkan tapıb – saatın təxmini dəyəri 320 min ABŞ dolları təşkil edir.
Polisin açıqlamasında bildirilir ki, şübhəlilərdən birinin evində axtarış aparılarkən iki qiymətli saat tapıblar və onların mənşəyi daha sonra araşdırılacaq.