Leklerin dəbilqəsi rekord məbləğə satılıb

Monakolu sürücünün ev yarışında istifadə etdiyi dəbilqə xeyriyyə məqsədli hərracda rekord məbləğə satılıb.

F-1.az xəbər verir ki, Şarl dağıdıcı daşqınlardan sonra Emiliya-Romanya yardım fonduna kömək etmək üçün dəbilqəsini, yarış kostyumunu, əlcəklərini və çəkmələrini Sotheby’s hərrac evinə bağışlayıb.

Dəbilqənin rənglənməsi Şarla aid qırmızı-ağ üslubda, eyni zamanda mərhum atası Herve Leklerin xatirəsinə uyğun rənglənib. Dəbilqə sürücü tərəfindən imzalanıb və orijinallıq sertifikatı ilə təqdim edilib.

Yeni sahibi dəbilqəni 306 min avroya alıb – bu, hərraclar tarixində yarış dəbilqəsi üçün yeni rekord qiymətdir. Əvvəlki rekord 2019-cu ildə Ayrton Sennanın 1990-cı ildəki dəbilqəsinin 162 min avroya satıldığı vaxt qeydə alınıb.

Leklerin yarış kostyumu 61 200 avroya, çəkmələri 20 400 avroya, əlcəkləri 42 000 avroya (67 500 Avstraliya dolları) – yəni, cəmi 429 600 avroya satılıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*