Lekler yeni müqavilə uzadıb?

İtaliya mətbuatının yazdığına görə Lekler uzun illər Ferrari-də qalacaq. Karlos Saynsın gələcəyi isə müəmmalıdır.

F-1.az xatırladır ki, monakolu sürücünün komandası ilə müqaviləsi 2024-cü ilin sonunda bitəcək. Bəzi iddiala görə Ferrari gənc sürücü ilə yeni uzunmüddətli müqavilə imzalayıb.

Mənbələrə görə Leklerin yeni müqaviləsi 2+1 il opsiyonludur. Bu isə o deməkdir ki, Şarl 2026-cı ilin sonuna qədər Ferrari-də qalacaq. Tərəflərin 2027-ci il üçün opsiyonu olacaq

Komandanın digər sürücüsü Karlos Saynsın da müqaviləsi 2024-cü ilin sonunda bitəcək. Lakin tərəflər hələ də müqavilə yeniləməyiblər. Belə görünür ki, ispaniyalı sürücü Leklerlə eyni şəraitdə yarışmaq istəyir. Xəbərdə deyilənə görə Sayns Alpine-ə keçə bilər. Belə görünür ki, fransız komandası sürətli və yetkin sürücü axtarır və Saysnla maraqlanır.

Karlosun adı Audi ilə də hallanır. Hələlik bu barədə heç bir dəqiq məlumat yoxdur.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*