F-1.az bildirir ki, sıralanma turunda yağan ayağışa görə sürücülərin maşınında sprey çıxıb. Buna görə də onlar güzgüdən arxalarınə görməkdə çətinlik çəkiblər. Trafik də bol olduğu üçün trasda tez-te əngəlləmələr görmüşük.
Karlos Sayns birinci sessiyanın sonunda Alpine komandasından Pyer Qaslini son döngədə əngəlləyib. Fransalı sürücü bu hadisədən sonra əsəbi idi. Sayns bu hərəkətinə görə araşdırılır və startda 3 yer itirə bilər.
Araşdırılan digər sürücü isə Yuki Tsunodadır. Tsunoda iki fərqli qayda pozuntusuna görə araşdırılır. Yaponiyalı sürücü əvvəlcə Hülkenberqi, sonra isə Lekleri bloklayıb. Ona startda 6 yer itirmək cəzası gələ bilər.
Sonda yerli qəhrəman Ləns Stroll da araşdırılır. Kanadalı sürücü ikinci sessiyada Esteban Okonu əngəllədiyi üçün startda 3 yer itirmə cəzası ala bilər.