F-1.az xatırladır ki, bəzi iddialara əsasən, Ferrari sürücüsü Kimi Rəykköneni Sauber komandasına verib əvəzinə gənc Şarl Lekleri gətirmək istəyir.
Frederik Vassyör: “Bu il üçün müqaviləsi var və gələcək barədə danışmadıq. Bu, mətbuatın dedi-qodularıdır və real deyil. İşimizə fokuslanmışıq və Şarl da Sauber-də uğur qazanmaq istəyir. Gələcək barədə danışacağıq. Məncə, mövsümü normal bitirməlidir. Mövsüm gedə-gedə sürücüləri dəyişmək asan deyil”.