F-1.az xəbər verir ki, qardaşlar 2017-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edən ataları Ervenin xatirəsini yad etmək üçün xüsusi dəbilqə rənglərindən istifadə edirlər. Erve Lekler kartinq və Formula3 yarışlarında çıxış edən bir yarış həvəskarı olub və bu sevgini oğullarına aşılayıb.
Şarl Lekler: “Monakoda keçirilən bu yarış həftəsi bizim üçün çox özəldir. Atam Monakoda yarışan Leklerlərin birincisi idi, mən ikinciyəm, bu il isə Artur üçüncü olacaq. Atam bizə yarış həvəsini aşılayıb. Əminəm ki, o, ikimizi də Monakoda yarışdığımızı görməkdən qürur duyacaq”.
Artur Lekler: “Monakoda yarışmaq inanılmazdır. Cümə axşamı səhər tezdən oyandım, qırmızı köynəyimi geyindim və padoka getmək üçün evdən çıxdım. Uşaq vaxtı Monakoda başqalarının çıxışlarına baxırdım və bir gün sükan arxasına özüm də oturmaq arzusunda idim. Bu, mənim üçün xüsusi həftəsonudur”.
Xatırladaq ki, Şarl atası rəhmətə gedən həftə Bakıda idi və o zaman Formula2-də çıxış edirdi. Bakıdakı qələbəsini də məhrum atasına həsr etmişdi.