Lekler, Ferstappen və Həmiltona şərti cəza verilib

Yarışdan sonra podiuma yüksələn hər üç sürücü nümayəndələri qapalı parkın tələblərini pozduqları üçün stüardlar tərəfindən çağrılmışdılar.

F-1.az bildirir ki, FİA bu gün səhər komandalara göndərdiyi məktubda bunları bildirib: “Mexaniklər, səlayihhətli şəxslər, FİA tərəfindən təsdiqlənən TV əməkdaşları və fotoqraflar xaric heç kim müəyyən edilmiş ərazilərə girə bilməzlər. Komandaların PR əməkdaşları, sürücülərin fizioterapevtləri podyum mərasimi bitənə qədər podyumun arxasındakı otaqdan çöldə gözləməlidirlər”.

Bu qərar yarışdan sonra sürücülərin tərəziyə çıxana qədər şəxsi əşyalarını kiməsə vermələrinin qarşısını almaq üçündür.

Lekler, Ferstappen və Həmiltonun fizioterapevtləri bu qaydanı pozduqları müəyyən edildiyi üçün sürücülərlə birlikdə stüardların yanına dəvət ediliblər. Hər 3 sürücü şərti olaraq 10 min avro cərimə edilib – əgər bu mövsümün sonuna qədər bir daha təkrarlanarsa, cərimələri ödəməli olacaqlar. Eyni zamanda sürücülərin fizioterapevtlərinin və ya köməkçilərinin həmin sahələrə girişi qadağan oluna bilər.

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*