SF21-in sükanı arxasına bu gün Şarl Lekler keçib. Onu izləmək üçün komandanın yeni rəhbəri Frederik Vasyör, komanda yoldaşı Karlos Sayns və Ferrari Sürücülər Akademiyasının dinləyicisi olan qardaşı Artur Lekler də gəlib.
Monakolu sürücü testlərə səhər yağış təkərləri ilə başlayıb, havanın yaxşılaşması ilə sliklərə keçib. O, 123 dövrə vuraraq 366 km məsafə qət edib.