Lekler Ferrari-nin əziyyət çəkəcəyini düşünmür

Ferrari-nin pilotu Şarl Lekler Mattia Binottonun komandanın rəhbəri postundan getməsi məsələsinə bir daha toxunub.

F-1.az xatırladır ki, Binotto dekabrın 31-də Ferrari-ni tərk edəcək və onun vəzifəsini kimin icra edəcəyi hələlik məlum deyil. Bir sıra mənbələrə görə, hazırda Alfa Romeo-da oxşar vəzifədə çalışan Frederik Vassyör Scuderia-nın yeni rəhbəri olacaq.

Şarl Lekler: “Mənim çıxış etdiyim komandalarda heç vaxt rəhbər dəyişikliyi olmayıb. Yeni bir insanın Ferrari-yə alışması bir az vaxt ala bilər, çünki bu, böyük komandadır. Amma düşünürəm ki, hər şey yaxşı getsə, o zaman trasda Binottonun gedişindən əziyyət çəkməyəcəyik. Əminəm ki, yaxşı olacaq”.

Şayiələrə görə, monakolu sürücü ilə Binotto arasında münaqişə olub və yaydan bəri danışmayıblar.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*