F-1.az xəbər verir ki, Şarl sosial şəbəkədə etdiyi paylaşımda azarkeşləri bundan çəkinməyə və şəxsi məkanına hörmət etməyə çağırıb.
Şarl Lekler: “Hamıya salam. Son bir neçə ay ərzində mənim ev ünvanım internetdə necəsə paylaşıldı və bu da insanların mənzilimin altına toplaşmasına, zəngi çalmasına, şəkil və avtoqraf istəməsinə səbəb oldu. Mən həmişə sizin yanınızda olmaqdan məmnunam və dəstəyinizi ürəkdən qiymətləndirirəm.
Lakin xahiş edirəm ki, şəxsi həyatıma hörmət edin və evimə gəlməyin. Məni küçədə və ya trasda görəndə mütləq hamı üçün dayanacağam, amma evimə baş çəksəniz, enmərəm. Sizin dəstəyiniz mənim üçün bütün dünya deməkdir, ancaq bir xətt var ki, onu keçmək olmaz. Hər kəsin Pasxa bayramı mübarək”.