Lekler Binottoya təşəkkür edib

F-1.az bildirir ki, bu gün Mattia Binotto mövsümün sonunda komandadan gedəcəyini açıqlayıb. Bu məsələyə Şarl Leklerdən də reaksiya gəlib.

Şarl Lekler: “Hər şey üçün təşəkkürlər, Mattia. Dörd məşğul ili birlikdə keçirdik. Bu dövrdə həm sevinc, həm də qaçılmaz çətinliklər yaşadıq. Sizə olan ehtiramlı münasibətim heç vaxt dəyişilməyib, ümumi məqsədlərimizə çatmaq naminə əlimizdən gələni etdik. Hər şeydə uğurlar”.

Qeyd edək ki, Fransanın L’Equipe nəşri Leklerin komanda strategiyasından narazı olduğu üçün iyul ayından bəri Binotto ilə danışmadığını yazıb. Binottonun gedişinin dolayısı ilə Leklerlə bağlı olduğu barədə də məlumatlar gəzirdi…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*