F-1.az bildirir ki, italyan təkər şirkəti Leklerin cari mövsümdə bu cür təkərlərin testlərinə başlayan ilk sürücü olduğunu təsdiqləyib. Monakolu sürücü 2021-ci ildə texniki qaydaların tələblərinə uyğunlaşdırılmış Ferrari-nin xüsusi keçid versiyasının sükanı arxasında işləyəcək.
“2020-ci il mövsümü hələ başlamayıb, amma qarşıdakı həftə sonu Xeres trasında Ferrari və Şarl Leklerlə ilk təkər testlərinə başlayacağıq”, – bu məlumat Pirelli Motorsport sosial şəbəkələrdəki səhifələrində yayımlayıb.
2021-ci ildə Formula1 çoxdan gözlənilən 18 düyməlik təkərlərə keçəcək və bu il ərzində yeni təkərlərin sınaqları cari təkərlərlə yanaşı sınaqlardan keçəcək. Bütün komandalar bu proqramda iştirak edəcəklər, ancaq Ferrari bu dəfə də hamını qabaqlayıb…