Ferrari komandasının maşınlarında yerləşdirilmiş ştrix-kodun komandanın sponsorlarından biri məşhur Philip Morris tütün şirkətinin Marlboro brendinin loqotipinə oxşarlığı məsələsini keçən həftə Avropa həkimləri qaldırıblar və komandanı qadağan olunmuş tütün reklamında ittiham ediblər. Bu gün bu məsələyə Ferrari şirkətinin prezidenti Luka di Montedzemolo münasibət bildirib…
Luka di Montedzemolo: “Düzünü desəm, mən hesab edirəm ki, bu arqumentlər əsassızdır – ştrix-kod şəklində hər hansı bir qırmızı zolağın və ya qrafik obyektin insanları siqaret çəkməyə çağırmasını söyləmək gülüncdür
Atlantikanın o biri tayında bərabər tibbi xidmət uğrunda mübarizə getdiyi bir vaxtda, köhnə Avropanın “ekspertləri” heç bir elmi əsası olmayan nəzəriyyələr irəli sürürlər – məncə, ştrix-koddan da vacib məsələlər var. Yaxşı olardı ki, belə tənqidlərə cavab verməklə vaxtımızı boş şeylərə sərf etməyək.”