L.di Montedzemolo: “Formula1-in probemi həll olunacaq”

Dünən Lə Man yarışının startını verməmişdən əvvəl Ferrari-nin prezidenti Luka di Montedzemolo mətbuat konfransı keçirib, o konfransada jurnalistlərə bildirib ki, […]

Dünən Lə Man yarışının startını verməmişdən əvvəl Ferrari-nin prezidenti Luka di Montedzemolo mətbuat konfransı keçirib, o konfransada jurnalistlərə bildirib ki, FİA ilə münqaişədə komandaların geri çəkilmək fikirləri yoxdur…

Luka di Montedzemolo: “Formula1-in probemi bir neçə ildən sonra həll olunacaq, bunun üçün ya FİA məsuliyyətini artırmalıdır, ya da biz öz çempionatımızı təşkil edəcəyik. Bizim motorlarımız, ötürmələr qutusu, texnologiyalarımız, brendlərimiz, təşkilatlarımız və sərmayə yatırmaq imkanlarımız var. Ümid edirəm ki, problem tezliklə həll olunacaq. Bunu hər gün təkrar etməyə ehtiyac yoxdur, amma biz bu qaydalarla gələn ilin çempionatında çıxış etməyəcəyik, biz Ferrari-nin hüquqlarını qoruyuruq. Mən Lə Manda Formula1-dən danışmaq istəməzdim, burda maarqlı bayram atmosferi var.

Ümid edirəm ki, problemlər həll olunacaq. Mən 1973-cü ildə Ferrari-nin meneceri oldum və biz çempionatın startından bu günə qədər çempionatda iştirak edən yeganə avtoistehsalçıyıq. Ferrari üçün Formula1 həyatın bir hissəsidir, o qanımızdadır, DNT-dədir. Mən narazıyam, biz narazıyıq, biz çox narazıyıq ki, bu vəziyyət ictimaiyyətə, azarkeşlərə təsir edir. Biz istəmirik ki, Formula1 Formula3-ə çevrilsin.

Biz Formula1-i yaxşılaşdırmaq, yeni texnologiyalar tətbiq etmək, baxımlılığı artırmaq istəyirik. Biz həddən böyük olan məsrəfləri azaltmaq istəyirik və FOTA-nın təklifləri bu il motor və ötürmələr qutusunda 50% qənaət etməyə imkan verib. Biz bu istiqamətdə irəliləmək istəyirik, biz bir yerdəyik və məsələnin həllini tapmalıyıq. Mən əminəm ki, FİA-da məsuliyyətli əməkdaşlar var və onlar başa düşəcəklər ki, Formula1-i dağıtmadan problemi həll etmək lazımdır.

Hamı görür ki, çempionatda nə baş verir və mən bunun səbəbini bilmirəm. Bizim şərtlər konstruktiv və sadədir – çempionata dəqiq rəhbərlik və stabil reqlament lazımdır, azarkeşlər başa düşmürlər ki, niyə reqlament hər gün dəyişir. Əvvəl KERS, sonra standart motorlar – biz irəliyə baxmalıyıq, gəlir və xərclər arasında balans tapmalıyıq, məhz bu yeni komandaların üzünə qapıları açacaq. Mən yeni komandaları görməyə şadam, amma iştirakçılardan dnaışanda Formula1-in komandalarını nəzərdə tuturam, Formula3-ün deyil.

Lə Mana keçmək? İnanmıram ki, bir neçə çempionatda rəqabətədavamlı səviyyədə çıxış etmək mümkün olsun. Formula1 var, Lə Man var, Amerika seriyaları var. Biz Formula1-də çıxışımızı davam etdirmək istəyirik, amma bunun üçün sağlam şərait olmalıdır. Əks halda biz Formula1-də çıxışımızı dayandıracayıq, mən elə indi bütün azarkeşlərimizə bildirmək istəyirəm ki, yarışlar Ferrari-nin qanındadır, əgər biz Formula1-dən getsək, onda başqa çempionatlarda çıxış edəcəyik və Lə Manda da iştirakımız istisna olunmur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*