Britaniyanın Daily Mail qəzetində yeni şayiələr dərc olunub – Luka di Montedzemolo Ferrari-nin prezidentliyindən siyasi karyerası naminə istefa verə bilər…
Son illər buna oxşar xəbərlər tez-tez səslənir, amma Montedzemolo hər dəfə belə xəbərləri təkzib edirdi, amma indi İtaliyanı siyası böhran bürüyüb və deyilənlərə görə, Luka hazırkı baş nazir Silvio Berluskonini hakimiyyətdən uzaqlaşdırmağa çalışan koalisiyaya başçılıq edə bilər.
Berluskoniyə etimad məsələsi üzrə səsvermə dekabrın 14-də keçiriləcək, ona görə də ilin sonuna qədər bütün məsələlərə aydınlıq gələcək…