İldə bir neçə dəfə İtaliya mətbuatı Ferrari-nin prezidenti Luka di Montedzemolonun böyük siyasətə gedəcəyi barədə şayiələr yayır. Şirkətin direktorlar şurası bu yaxınlarda Lukanın səlahiyyətlərini daha üç il müddətinə uzadıb, amma yerli Autosprint qəzetinə Venesiyanın keçmiş meri Massimo Kaçyari bildirib ki, “Montedzemolo artıq qərar qəbul edib…”
Lombardiya əyalətinin prezidenti Roberto Formiqoni də vəziyyəti şərh edib: “Mən düşünmürəm ki, bu, ölkənin siyasi həyatında həlledici rol oynayacaq, amma adi vətəndaşlardan kimsə siyasətə gəlmək qərarına gəlibsə, mən buna ancaq sevinərəm.”
Max jurnalının səhifələrində Montedzemolo bildirib ki, “real menecerlərin siyasəti gəlmələri vacibdir – yalnız nəsə alıb-verməkdən ötrü yox, siyasətçilər bir komanda olmalıdırlar…”
Deyilənlərə görə, Ferrari-nin növbəti prezidenti isə FİAT-ın sədri Con Elkannın 34 yaşlı qardaşı Lapo Elkann olacaq. Şayiələrə görə, bu qərarı şirkətin icarçı direktoru Sercio Markionne də dəstəkləyir..