Milad bayramları ərəfəsində Ferrari komandasının başçısı Stefano Domenikali bildirib ki, komandanın Maranellodakı bazasında yerləşən aerodinamik boru 2013-cü ilin avqustuna qədər bağlı olacaq, ona görə də komanda Toyota-nın Kölndəki borusunu icarəyə götürüb. Ferrari şirkətinin prezidenti Luka di Montedzemolo bu məlumatı təsdiqləyib…
Luka di Montedzemolo: “Biz 2013-cü il mövsümü üçün hazırladığımız maşınla yalnız Toyota-nın aerodinamik borusunda məşğul olacayıq ki, problem və səhvləri istisna edək.”
2014-cü ilin reqlamentinə uyğun gələn yeni maşınların hazırlanması isə artıq mart ayından başlayacaq, ona görə də Skuderiya perspektiv layihə üzərində də Kölndə işləməli olacaq. Toyota-nın keçmiş texniki mərkəzindən bir çox Formula1 komandaları istifadə edirlər, o cümlədən, McLaren komandası.