L.di Montedzemolo: “Biz ən yaxşıları dəvət edəcəyik”

“Arzular komandası”nın zəfər dövrü başa çatdıqdan və komandadan fransalı Jan Todt, britaniyalı Ross Braun və bir çox “xaricilərin” getməsindən sonra, […]

“Arzular komandası”nın zəfər dövrü başa çatdıqdan və komandadan fransalı Jan Todt, britaniyalı Ross Braun və bir çox “xaricilərin” getməsindən sonra, Luka di Montedzemolo üstünlüyü italiyalı mühəndislərə verdi.

O zaman bir çoxları deyirdilər ki, Skuderiya səhvə yol verir və tezliklə komanda həqiqətən ona xas olmayan problemlərlə üzləşdi. İki il əvvəl Niki Lauda jurnalistlərə demişdi: “Ferrari-yə Ross Braun çatmır. Ross ingilisdir, o romantik və spaqetti mədəniyyətli italiyalılarla Mixael Şumaherin alman xasiyyəti arasında ideal körpü idi. İndi isə hər şeyi italiyalılar idarə edir və deyəsən, bu sxem işləmir. problem məhz bundadır!”

Son vaxtlar isə əks proses görünür – aparıcı vəzifələrə komanda yenə də britaniyalı mütəxəssisləri cəlb edir. Wrooom tədbirində jurnalitslər şirkətin prezidentindən milli faktorun rolu barədə soruşublar…

Luka di Montedzemolo: “Biz yeganə komandayıq ki, tamamilə İtaliyada yerləşirik. Burada biz motor, ötürmələr qutusu, şassi hazırlayırıq. Bizim motorları italiyalı mühəndis hazırlayır, komondanın baş meneceri italiyalıdır, eləcə də baş konstruktor.

Eyni zamanda mən həmişə demişəm ki, xarici mütəxəssislər vəziyyətə kənardan baxmaq imkanıdır, bu yeni mədəniyyətdir, yeni hava udumudur. Siz bilirsiniz ki, biz indi komandaya britaniyalı mütəxəssis dəvət etmişik, o, strategiya məsələləri ilə məşğul olacaq. Biz gələcəkdə də ən yaxşıları dəvət edəcəyik, bizə kadrların peşəkarlığı önəmlidir, axı Formula1 beynəlmiləldir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*